"Google Payments" rusiyalı yutub blogerlərinə və veb sayt sahiblərinə məktub göndərərək monetizasiyanın tamamilə dayandırıldığını elan ediblər.
Axşam.az-ın məlumatına görə, bildirilir ki, "Google" Rusiyada olan bütün "AdSence" hesablarını deaktiv edəcək. Belə ki, Rusiyadan olan bloqqerlər və sayt sahibləri reklamları xarici ölkədən baxılsa belə, gəlir əldə edə bilməyəcəklər.
Şirkət iyulun 21-dən avqustun 26-na qədər iyul qazancını ödəyəcəyini vəd edib.
Qeyd edək ki, 2022-ci ilin martında yutub Rusiya istifadəçiləri üçün bütün video hostinqin monetizasiya funksiyalarını dayandırıb.