Türkiyəli aktrisa Bennu Yıldırımların yeni layihəsi açıqlanıb.
Axşam.az xəbər verir ki, aktrisa "Aşk, evlilik, boşanma" serialına çəkiləcək. O, "Güner" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, Bennu eyni zamanda "Bahar" serialında da rol alacaq.