Teylorun Sviftin konserti ilə bağlı qadağa

Teylorun Sviftin konserti ilə bağlı qadağa
368 dəfə oxunub
  • A-
  • A
  • A+

“Uembli” stadionu amerikalı müğənni Teylor Sviftin konserti zamanı Londondakı məkana toplaşacaq bütün biletsiz pərəstişkarlarını oradan uzaqlaşdıracağını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Konsert zalının rəhbərliyi bu qərarı müğənninin Vyanadakı konsertləri terror təhlükəsi səbəbindən dayandırıldıqdan sonra verib.

Bir çox şəhərlərdə müğənninin pərəstişkarları bileti olmasa da, konsert məkanına gəliblər. Keçən ay Münhendə Sviftin çıxışı zamanı 50 min azarkeş tədbiri izləmək üçün Olimpiya Stadionuna bitişik təpəyə toplaşıblar.