Müğənni Nyuşa və iş adamı İqor Sivov rəsmi şəkildə boşanıb.
Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, cütlüyün boşanması ilə bağlı yekun məhkəmə ötən gün keçirilib.
Qeyd edək ki, müğənni ərindən boşanmaq üçün mayın 24-də müraciət etmişdi. Məhkəmə cütlüyə iki dəfə vaxt verib. Lakin cütlük fikrindən daşınmayıb.
Qeyd edək ki, boşanmaya səbəb İqorun Nyuşaya xəyanət etməsi olub. 2017-ci ildə ailə quran cütlüyün 2 övladı var.