Alen Delon itlərinin yanında dəfn olunacaq

Alen Delon itlərinin yanında dəfn olunacaq
1379 dəfə oxunub
  • A-
  • A
  • A+

Mərhum əfsanəvi fransız aktyor Alen Delon 35 itinin məzarının yanında basdırılacaq.

Axşam.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.

Dəfn mərasimi aktyorun vidalaşmaq üçün özünün seçdiyi ibadətgahda keçiriləcək. Delon qəti şəkildə onun şərəfinə böyük bir mərasim keçirilməsini istəməyib.

Delon həyatının son aylarını 1971-ci ildən bəri sahibi olduğu Duşidəki mülkdə təklikdə keçirib. O, avqustun 18-də səhər tezdən orada vəfat edib. Onun övladlarının dediyinə görə, Delon sakit şəkildə dünyasını dəyişib.