İki saata 1,4 milyon izləyici topladılar

İki saata 1,4 milyon izləyici topladılar
1593 dəfə oxunub
  • A-
  • A
  • A+

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo yeni yutub kanalı açıb.

Axşam.az xəbər verir ki, onun yutub layihəsində Corcina Rodrigez də yer alıb.

Yeni açılan “UR Cristiano” yutub kanalına 2 saata yaxın müddət ərzində 1,4 milyondan çox abunə üzv olub.

Kanalda artıq 11 video paylaşılıb.

Qeyd edək ki, Ronaldonun beş övladı var. Onlardan yalnız ikisi Corcinadandır: 6 yaşlı Alana Martina və qardaşını itirən 2 yaşlı Bella Esmeralda. Ronaldonun ən böyük varisi 13 yaşlı Kriştianu Jr.-dır. Futbolçu onun anasının kimliyini gizlədir. Əkizlər Mateo və Eva surroqat anadan dünyaya gəliblər.