"40 il həbsi gözləniləni sərbəst buraxın, amma..."

"40 il həbsi gözləniləni sərbəst buraxın, amma..."
2945 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Şahan Gökbakar bir neçə gün əvvəl azadlığa buraxılan sosial şəbəkə fenomeni Dilan Polatla bağlı paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, Dilanın azadlıqdakı görüntülərindən sonra  küçədə müsahibə verdikdən sonra həbs olunan Dilruba
Y.-yi xatırlayıb.

“Çirkli pulların yuyulmasına görə 40 il həbsi gözləniləni sərbəst bıraxın. Amma küçə müsahibəsində qeyri-etik ifadə işlədəni həbsdə saxlayın” deyə, o, bildirib.

Qeyd edək ki, Türkiyədə keçirilən əməliyyatlar çərçivəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb. Onlar çirkli pulların yuyulmasında ittiham olunur.