Milyonçu və qızının 3 gün sonra cəsədi tapıldı

Milyonçu və qızının 3 gün sonra cəsədi tapıldı
2913 dəfə oxunub
  • A-
  • A
  • A+

Avqustun 19-da İtaliyanın Siciliya sahillərində “Bayesian” adlı yaxtanın batması nəticəsində itkin düşən britaniyalı milyonçu Mayk Linç və onun 18 yaşlı qızı Hannahın cəsədləri tapılıb.

Axşam.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb. Bildirilib ki, onların cəsədləri batmış yaxtanın içərisində dalğıclar tərəfindən tapılıb. Məlumata görə, daha iki nəfərin meyiti sudan çıxarılıb.

Siciliya mülki müdafiə departamentinin direktoru Salvo Koçinanın sözlərinə görə, dalğıclar daha bir nəfərin meyitini aşkar etsələr də, hələlik onu çıxara bilməyiblər. Digər itkin düşən daha bir şəxsin isə axtarışları davam edir.

Xatırladaq ki, içərisində 22 nəfərin olduğu “Bayesian” adlı yelkənli gəmi  İtaliyanın Siciliya sahillərində batıb. 5 nəfərin xilas edildiyi, 6 nəfərin itkin düşdüyü və 1 nəfərin cəsədinin tapıldığı bildirilib. Xilas edilənlər arasında Maykl Linçin həyat yoldaşı Ancela Bakares də olub.