Günay həmin fotoların sirrini açıqladı - Video

Günay həmin fotoların sirrini açıqladı - Video
2933 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Günay İbrahimli ötən gün gəlinlik libasında fotoları ilə diqqət çəkib. 

Axşam.az-ın  məlumatına görə, hər kəs sənətçinin ailə qurduğu haqda suallar ünvanlayıb. Bu gün isə Günay fotosessiyasının səbəbini açıqlayıb. O bildirib ki, ağ libası yeni klipi üçün geyinib. 

Günay "Sevdiyim insan var" adlı mahnını rəsmi yutub kanalına yükləyib. Bəstənin müəllifi Abbas Seyiddir. Klipin rejissor işi Fərhad Əliyə həvalə olunub.