“Halil Sezai ilə səhnəyə çıxmaqdan imtina etdim”

“Halil Sezai ilə səhnəyə çıxmaqdan imtina etdim”
2647 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc müğənni Kəmalə Qaramollayeva bu yaxınlarda Bakıda konsert verəcək türkiyəli həmkarı Halil Sezai ilə bir səhnəyə çıxmaqdan imtina edib.

Bu barədə Axşam.az saytına açıqlamasında müğənninin özü bildirib:

 “Bəzi konsert təşkilatçıları var ki, Türkiyədən buraya yüksək qonorarla müğənni gətirirlər. Daha sonra isə yerli müğənni axtarışına çıxırlar ki, həmin sənətçi ilə səhnəyə çıxsın. Əvəzində isə onlar yox, müğənni həmin insanlara qonorar ödəməlidir. Bu yaxınlarda prodüserimə müğənni Sezai ilə konsertə çıxmağım üçün zəng gəldi. Halil Sezaini tanımırdım, internet vasitəsilə onun haqqında məlumat topladım. Təklifi qəbul etdikdən sonra qonorar söhbətini eşitdim. Mən bu yolları 2004-cü ildən keçirəm, amma heç vaxt pul ödəməmişəm. Təşkilatçıya demək istəyirəm ki, gedin özünüzə yeni “hərif”, əfəl müğənni axtarın”.

Başı toy hazırlıqlarına qarışan Kəmalə yeni klipindən də danışıb:

“Klipi çoxdan çəksək də, hələ ki, efirlərdə yayımlanmayıb. Toyumdan sonra “Vay aman” mahnısına çəkdirdiyim ekran işini ictimaiyyətə təqdim edəcəyəm. Şəkidə lentə alınan klipin rejissoru Rəvan Elşadoğludur”.