"Getmə" ifası ilə könülləri fəth edən müğənni Ramil Hacıyev növbəti layihəsini təqdim edib.
Axşam.az xəbər verir ki, Ramil “Sevdiyim qadın” mahnısını oxuyub. İfaçı bildirib ki, bu işi də Azərbaycan şou-biznesində növbəti iddialı layihəsidir.
Ekran işinin rejissoru Nail Naiboğludur. Fərid Kərimlinin bəstələdiyi mahnı Ramilin sosial şəbəkə hesablarında yer alıb. Ramil Haciyev mahnının trend olacağına əmindir.
“Sevənlərim yeni işlərimdən xəbərdar olmaq üçün məni izləmədə qalsın” deyə, müğənni əlavə edib.