49 yaşlı rejissor 18 yaşlı aktrisa ilə nişanlandı, müzakirə yaratdı

49 yaşlı rejissor 18 yaşlı aktrisa ilə nişanlandı, müzakirə yaratdı
1003 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı rejissor Mark Qorobets nişanlanıb.

Axşam.az xəbər verir ki, 49 yaşlı rejissor 18 yaşlı aktrisa Aleksandrina Oleksyukla evlənməyə hazırlaşır.

Belə ki, rejissor Aleksandrinaya artıq 17-i yaşı olarkən evlilik təklifi edib və "Hə" cavabı alıb. Aktrisanın noyabrın 14-də 18 yaşı tamam olub.

Aleksandrina həmin anların görüntülərini sosial media hesabında paylaşaraq "04.08.2024" şərhini yazıb.

Cütlüyün bu addımı sosial media hesabında müzakirələrə səbəb olub və onlar şiddətlə qınanıb.