"Türkiyənin "Avroviziya"dan çıxması yanlış qərar idi"

"Türkiyənin "Avroviziya"dan çıxması yanlış qərar idi"
434 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Sertab Erener ötən gecə Bakıya gəlib. 

Axşam.az xəbər verir ki, sənətçi media nümayəndələrinin suallarını cavablandırıb. O, Türkiyənin "Avroviziya müsabiqəsindən uzaqlaşmasından danışıb. 

Edisin "Avroviziya"yaya Azərbaycan adından qatılması haqda suallara ifaçı belə reaksiya verib:

"Mahnı önəmlidir, Edis çox yaxşıdır. Çox istəyərdim türkiyə yenidən qatılsın. Düşünürəm ki, Türkiyənin yarışmadan çəkilməsi yanlış bir qərardır. Bu, artıq Avropanı aşmış bir yarışmadır. Bütün dünya bunu seyr edir".

Qeyd edək ki, Sertabın konserti 30 noyabrda Bakı Konqres Mərkəzində olacaq.

Xatırladaq ki, Sertab sözügedən yarışmada 2003-cü ildə "Everyway That I Can" mahnısı ilə Türkiyəni təmsil edib və birinci olub.