“Mayda müraciət etmişdim, bu gün gəldilər” - İlkindən irad

“Mayda müraciət etmişdim, bu gün gəldilər” - İlkindən irad
1576 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı İlkin Həsəni sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib. 

Axşam.az xəbər verir ki, o, mayın 27-də Yaşıllaşdırma Təsərrüfatı Birliyinə etdiyi müraciətə 7 ay sonra reaksiya gəlməsinə irad bildirib:

"Mayın 27-də Nəsimi rayonunda yerləşən köhnə məhəlləmizdəki ağacların budanması ilə bağlı Yaşıllaşdırma İdarəsinə müraciət etmişdim. Sağ olsunlar, bu gün gəlib etdilər. Təşəkkürümüzü bildiririk. Mayın 27-si, bəli, mayın 27-si".