Müğənni Lətifə Soyuöz bir çox sənət adamının onu gizli profildən izlədiyini açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi həmkarlarına səslənərək, bunları deyib:
"Saxta profillə məni izləyən sənət adamlarını salamlayıram. Hamı öz adıyla izləsin. Mən hamının profilinə öz şəxsi hesabımla baxıram. Burada nə var ki... Bir-birimizdən niyə utanırıq ki? Bir-birimizə baxa, sevgimizi yollaya bilərik".