"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq

"Avroviziya-2025" üçün püşkatma bu tarixdə olacaq
163 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya-2025"də püşkatmanın nə vaxt keçiriləcəyi açıqlanıb.

Axşam.az xəbər verir ki, İsveçrədə keçirilməsi planlaşdırılan müsabiqəyə 2 il fasilədən sonra Monteneqronun da daxil olması ilə iştirakçı ölkələrin sayı 38-ə yüksəlib.

Bildirilib ki, püşkatma mərasimi 2025-ci il yanvarın 28-də olacaq. Həmin gün ölkələrin neçənci və hansı yarımfinalda çıxış edəcəyi bəlli olacaq.

Qeyd edək ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarışmanın birinci və ikinci yarımfinalları 13-15 mayda, final isə 17 mayda planlaşdırılıb. Gələn il mahnı müsabiqəsi yeni qaydalar əsasında keçiriləcək.

Bu il yarışmanın qalibi "The Code" mahnısı ilə İsveçrə təmsilçisi Nemo olub.