Ferdi Tayfur xəstəxanaya yerləşdirildi

Ferdi Tayfur xəstəxanaya yerləşdirildi
333 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni, aktyor Ferdi Tayfur xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, buna 79 yaşlı sənətçinin təzyiqinin yüksəlməsi səbəb olub. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilib.

Qeyd edək ki, 15 gün əvvəl Antalyada keçirdiyi əməliyyatda Tayfurun beyin damarına stent qoyulub və 4 gün əvvəl evə buraxılıb.

2020-ci ildə böyrək çatışmazlığından müalicə alan Tayfura oğlunun böyrəyi köçürülüb.