“Meta”ya 251 milyonluq cərimə

“Meta”ya 251 milyonluq cərimə
393 dəfə oxunub
  • A-
  • A
  • A+

İrlandiya Məlumatların Qorunması Komissiyası “Meta”nı 251 milyon avro (təxminən 448 milyon manat) məbləğində cərimələyib.

Axşam.az xəbər verir ki, bu, 2018-ci ilin sentyabrında şirktə qarşı bildirilən “şəxsi məlumatların pozulması” ilə bağlı araşdırmaların yekun nəticəsidir.

Hakerlər platformanın kodundakı səhvlərdən istifadə edərək milyonlarla feysbuk istifadəçisinin hesablarına giriş əldə ediblər. Həmin vaxt şirkət (2018-ci ildə sosial şəbəkənin adı feysbuk idi) 50 milyon hesabın sızdığını bildirsə də, faktiki rəqəmin 3 milyonu Avropada olmaqla 29 milyon civarında olduğunu bildirmişdi.

Qeyd edək ki, "Meta"nın rəhbəri Mark Zukerberqdir.