"Kanal D" kanalı üçün çəkilən "Eşref Rüya" serialında rol alacaq daha bir aktyor bəlli olub.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Ahmet Rıfat Şungar rol alacaq.
O, layihədə "Faruk" obrazına həyat verəcək.
Qeyd edək ki, serialda baş rolları Çağatay Ulusoyla Demet Özdəmir paylaşacaq.
