Kürdəmir rayonunun Sığırlı kəndində erkən nikahın qarşısı alınıb.
Axşam.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, hadisə ilə bağlı müvafiq araşdırma aparılır.
Komitə rəsmisinin sözlərinə görə, hadisəni işıqlandırmaq üçün kəndə yollanan media nümayəndəsinin çəkiliş qrupuna qarşı zor tətbiq edən, eləcə də televiziyaya məxsus avadanlığı yararsız vəziyyətə salan kənd sakini müəyyən edilərək saxlanılıb:
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar aparılır.
Qeyd edək ki, aparıcı Lalə Azərtaşla "Xəzər Tv" əməkdaşları 15 yaşlı qızın ailə qurması ilə bağlı çəkiliş apararkən onlara balta ilə hücum edilib. Nəticədə operatorun kamerası qırılıb.