Aparıcı Vüsalə Əlizadə bəzi müğənnilərin seçdiyi mahnılardan danışıb.
Axşam.az xəbər verir ki, o, bu haqda verilişində bəhs edib. Vüsalə bildirib ki, bəzi ifaçılar pul qazanmaq üçün klassik bəstələrə müraciət etmir:
"Son vaxtlar bəzi müğənnilər efirə gələndə mənə qıcıq verən söhbət edirlər: deyirlər klassik əsərlər, bəstəkarlardan oxuyurdum, tanınmırdım, sevilmirdim. İndi bu cür bayağı mahnı oxuyuram bütün günü toydayam, xoşbəxtəm, əlimdə dollarlar, avrolar. Yaxşı etdin, oxudun, tanındın. İndi bəstəkar mahnısı oxu, təqdim et".