Buna görə verilişlərə getmir

Buna görə verilişlərə getmir
1973 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Gülay Zeynallı verilişlərə getməməsinin səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "İzzət şou"da danışıb. O bildirib ki, yeni işi olmadan efirdə görünmək istəmir:

"Televiziya işçilərinin arasında dəyərli dostlarım, yaxşı aparıcılar, insanın sənətinə, şəxsiyyətinə dəyər verənlər var. İnandığım, güvəndiyim insanların verilişlərinə rahat gedirəm. Proqramın ortasında nəsə xoşuma gəlmirsə, hörmətsizlik edib getmək istəmirəm. Biz də böyümüşük, ailəmiz, uşağımnız var. Reytinq xatirinə verilişə çıxmaq istəmirəm. Çox təəssüf ki, bəziləri onun ardınca qaçır, qaçmayanların həmişə yanında oluram. Bu, o demək deyil ki, özündən razılıq edir, verilişlərə getmir. Yox. Biz bu yerə söz-söhbətlə, qalmaqalla gəlib çıxmamışıq ki, bundan sonra reytinq xatirinə olan söz-söhbətləri qəbul edək. Mənim normal yaşım var, amma anam verilişə çıxanda deyir ki, çox danışma".