Elnarə Abdullayevanın adından dələduzluq - Foto

Elnarə Abdullayevanın adından dələduzluq - Foto
495 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elnarə Abdullayevanın adından dələduzluq edilib.

Axşam.az xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. O bildirib ki, tanımadığı şəxs dostlarına zəng edərək, onun adından pul istəyir:

"Son zamanlar dələduzluq halları ilə rastlaşdığımız hamıya məlumdur. Bəzi dələduzlar əhatəmdə olan dost, tanışlara zəng edib adımdan pul istəyir. Bu tip məlumatlara qətiyyən inanmayın və pul göndərməyin. Şikayət edilib və adiyyatı üzrə iş nəzarətə götürülüb".

Qeyd edək ki, Əməkdar artistlər Sənubər İsgəndərliFərqanə Qasımova, rəqqasələr Rəna Ağamuradova (Renka), Fatimə Fətəliyeva, aparıclar Mətanət Əliverdiyevaİlkin HəsəniTarix Əliyev (Tolik), müğənni Kamilə Nəbiyeva, keçmiş "Dəyirman" qrupunun solisti ABD Malik, aktrisa Pərvin Abıyevanın da başına bənzər hadisə gəlib.