İnstaqramda şərhləri bəyənməmək mükün olacaq.
Axşam.az xəbər verir ki, yeni funksiya artıq sınaqdan keçirilməyə başlayıb.
Lakin izləyicilər, eyni zamanda şərhin müəllifi fikirlərini kimin bəyənmədiyi və onların sayını görə bilməyəcək.
Həmçinin bildirilib ki, şərh nə qədər çox bəyənilməsə, ümumi lentdə bir o qədər aşağıda yerləşəcək. Bununla da sıralamada aşağıya düşən mənfi şərhlər daha az görünəcək. Bu da şərhlərin keyfiyyətini artıracaq.