Mərhum aktyor Azər Baxşəliyevin qızı Züleyxaya maşın hədiyyə edilib.
Axşam.az xəbər verir ki, bu barədə aparıcı Elşən Orucov "5 üz" verilişində deyib.
O, proqramında uduşa qoyulan maşını Azərin dostlarının adından onun qızına bağışladıqlarını deyib.
Elşən proqramın yayımı bitdikdən sonra maşını dostları ilə birlikdə Azərin evinə aparıb. Aktyor həmin görüntüləri sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Azər uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, yanvarda dünyasını dəyişib. A.Baxşəliyev tamaşaçılara “Ağsaqqal” obrazı ilə tanışdır. Bu gün onun ölümündən 40 gün ötür.