Xalq artisti Nəzakət Teymurova sevənlərini sevindirib.
Axşam.az xəbər verir ki, müğənni solo konsertə hazırlaşır. Bu haqda muğam ifaçısı özü məlumat yayıb.
O bildirib ki, konsert mayın 20-də planlaşdırılır. Heydər Əliyev Sarayında olacaq tədbir "Qal, sənə qurban" adlanır.
"Əziz klassik musiqiləri və muğamı sevənlər, Azərbaycan musiqisinə dəyər verənlər, konsertimiz unudulmaz olacaq" deyə, N.Teymurova bildirib.
