Məşhur serialın 24 yaşlı aktrisası evində ölü tapıldı

Məşhur serialın 24 yaşlı aktrisası evində ölü tapıldı
482 dəfə oxunub
  • A-
  • A
  • A+

Cənubi Koreyalı aktrisa Kim Sae-ron vəfat edib.

Axşam.az xəbər verir ki, 24 yaşlı aktrisa Seulda rəfiqəsi tərəfindən evində ölü tapılıb.

Polisin ilkin araşdırmalarına görə Kimin üzərində hər hansı zorakılıq əlamətləri olmayıb. Hazırda aktrisanın ölüm səbəbi araşdırılır. 

Qeyd edək ki, Kim karyerasına uşaq yaşlarından başlayıb və Cənubi Koreyanın ən perspektivli gənc aktrisalarından biri kimi qəbul edilib.

O, "A Brand New Life" filmindəki rolu ilə məşhurlaşıb. Kim Cənubi Koreyanın 2010-cu ildə ən çox gəlir gətirən filmi “Heç bir yerdən olmayan adam” və 2012-ci ildə “Qonşu” filmində baş rola çəkilib və mükafata layiq görülüb.

Aktrisanın son rolu "Netflix"in 2023-cü ildə hazırladığı "Bloodhounds" serialında olub.