İordaniya şahzadəsi ana oldu - Fotolar

İordaniya şahzadəsi ana oldu - Fotolar
828 dəfə oxunub
  • A-
  • A
  • A+

İordaniya kralı II Abdullah və kraliça Ranianın böyük qızı, şahzadə İman ana olub.

Axşam.az xəbər verir ki, bu barədə Kraliça Rania sosial media hesabında paylaşım edib. O, doğum evində çəkilmiş fotoları izləyiciləri ilə bölüşüb. Kraliça körpəyə Əminə adı qoyduqlarını açıqlayıb.

Xatırladaq ki, İman 2023-cü ilin martında amerikalı maliyyəçi Cəmil Aleksandr Tarmiotislə ailə qurub.