Bukmeykerlərin ilkin proqnozu - Ölkəmiz "Avroviziya"da neçənci olacaq?

Bukmeykerlərin ilkin proqnozu - Ölkəmiz "Avroviziya"da neçənci olacaq?
557 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2025"ə qatılacaq yarışmacılarla bağlı bukmekerlər ilkin təxminlərini açıqlayıblar.

Axşam.az xəbər verir ki, eurovisionworld.com saytında dərc edilmiş ilk proqnozlar belədir.

İlk sırada 14% səslə İsveç qərarlaşıb. İkinci yerdə Finlandiya (9%) və üçüncü sırada isə Fransadır (8%).

Bukmeker kontorlarının proqnozlarına görə, Azərbaycanın hazırda qalib olmaq şansı 2 faizdir. Təxminlərə görə, iştirakçılar müsabiqənin qalibləri siyahısında 21-ci yeri tuta bilər.

Qeyd edək ki, "Avroviziya 2025" yarışmasında ölkəmizi "Mamagama" qrupu təmsil edəcək. Ölkəmizin müsabiqə mahnısı mahnı ilə təmsil olunacağı hələlik bəlli deyil. Klip 20-25 fevral tarixləri arasında təqdim ediləcək.