"Cavanşir Məmmədov öləndən toya getmirəm"

"Cavanşir Məmmədov öləndən toya getmirəm"
671 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Firuzə İbadova açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, “Qonaqcanlı” verilişinə açıqlama verən müğənni uzun müddətdir toya getmədiyini deyib:

“1996-cı ildən Cavanşir Məmmədovla çalışırdıq. Onun vəfatının ili olacaq. O dünyasını dəyişəndən toya getmirəm”.

“Cavanşir Məmmədovun ili tamam olandan sonra toya gedəcəksiniz” sualına F.İbadova “İnanmıram” cavabını verib.

Qeyd edək ki, C.Məmmədov ötən il qəfil ürəktutmasından vəfat edib.