"Şakir Paşa ailesi" 3 həftə yayımlanmayacaq

"Şakir Paşa ailesi" 3 həftə yayımlanmayacaq
1502 dəfə oxunub
  • A-
  • A
  • A+

"NOW" kanalında yayımlanan “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialı Türkiyənin Radio və Televiziya Şurası tərəfindən cəzalandırılıb.

Axşam.az xəbər verir ki, bu barədə Şuranın bu gün baş tutan iclasında qərar qəbul edilib.

Bildirilib ki, məşhur “Şakir Paşa Ailəsi: Mucizeler ve Skandallar” serialına cəza türk ailə quruluşuna və milli-mənəvi dəyərlərinə zidd olduğu üçün qəbul edilib.

Bu səbədən ekran işinə üç faiz cərimə kəsilib və yayımı 3 həftəlik dayandırılıb.