Kerimcan Durmazla bağlı qərar verildi

Kerimcan Durmazla bağlı qərar verildi
772 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl həbs edilən türkiyəli sosial media fenomeni, müğənni Kerimcan Durmaz bu gün hakim qarşısına çıxıb.

Axşam.az xəbər verir ki, məhkəmə yanvarın 8-dən həbsdə olan Kerimcanın azadlığa buraxılmasına qərar verib.

Qeyd edək ki, o, qanunsuz mərc oynamağa həvəsləndirmək və təşviq etməkdə ittiham olunurdu. İfaçının 1 il 3 aydan 5 il 3 ay müddətinə qədər həbsi tələb edilirdi. 

Daha əvvəl müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbil qanunsuz mərc oyunlarına təşviq etmə maddəsi ilə saxlanılmışdı. Onlar daha sonra sərbəst buraxılıblar.