"Allah bilir niyə Bakıya qar yağdırmır, yollar biabırçılıqdır"

"Allah bilir niyə Bakıya qar yağdırmır, yollar biabırçılıqdır"
996 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qar yağıb və Azərbaycanda hər şey bir-birinə dəyib. Bakıda aləm qarışıb. Yollar biabırçılıqdır. Allah bilir niyə Bakıya qar yağdırmır. Bilir ki, bizə yaraşmır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abasov deyib. Ötən gecə yağan qara görə tıxacda qalan sənətçi instaqramda canlı yayım açaraq, yaşadığı çətinlikdən danışıb: 

"Xırdalanda, Masazırda yaşayanlara Allah səbr versin. Onlar bu yolda hər şeyi görüblər. Elə tıxaclar görüblər ki, yerləri cənnətlikdir. Hər dəfə bu yolu gedəndə onlara səbr diləyirəm".