“Avtomobillə yola çıxmayın!” - Müraciət

“Avtomobillə yola çıxmayın!” - Müraciət
538 dəfə oxunub
  • A-
  • A
  • A+

Yolların sürüşkən olması səbəbindən hazırda paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti çətinləşib.

Axşam.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

“Mümkün qədər avtomobillə yola çıxmayın!” , - məlumatda qeyd olunub.

Əldə etdiyimiz məlumata görə, hazırda Bakı-Sumqayıt yolunun “Ekologiya postu” hissəsindən üzü “20 Yanvar” metrostansiyasına gedən yolda, Xırdalan dairəsində, “Şamaxinka” ərazisində avtomobillərin hərəkəti məhdudlaşıb.