"Nənəmin təzyiqi tez-tez dəyişirdi, yüksək təzyiqi var idi. Anam gedib nənəmə baş çəkməyə. Görüb evdə yoxdur. Hamam tərəfə baxanda görüb, nənəm huşsuz halda yıxlıb".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İlkin Fuad "Xəzər xəbər"ə açıqlamasında deyib. Sənətçi anası və nənəsinin dəm qazından vəfat etməsi haqda danışıb:
"Anam görüb ki, nənəm keçinib. Özümü çatdıranda gördüm ki, anam halbahal olub. Dörd-beş dəqiqə içində anam da canını tapşırdı.
Anam 2 ay əvvəl ödündən əməliyyat olunmuşdu. Yaxşı idi, nəvələri ilə oynayırdı, sevinirdi. 2004-cü ildə atamı itirəndə anam bizi böyütdü. Ana itkisi çox pisdir".