Qar 347 nəfəri xəstəxanalıq edib

Qar 347 nəfəri xəstəxanalıq edib
423 dəfə oxunub
  • A-
  • A
  • A+

Təxminən bir həftədir davam edən qarlı hava şəraiti ilə əlaqədar indiyədək Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 347 nəfərin müraciəti qeydə alınıb. 

Bu barədə Axşam.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Bildirilib ki, onlardan 163-ü qadın, 184-ü kişidir. Müraciət edənlərdən 315 nəfər müxtəlif travmalarla müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub. Digər  32 nəfərə isə yerində yardım olunub.