Kadırov sağ qalan bələdçiləri təltif edəcək

Kadırov sağ qalan bələdçiləri təltif edəcək
2259 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğrayan AZAL sərnişin təyyarəsinin bələdçilərinə “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” mükafatı təqdim olunacaq.

Axşam.az Tass-a istinadən xəbər verir ki, bu barədə Çeçenistanın prezidenti Ramzan Kadırov Telegram kanalında bildirib.

“Ötən ilin dekabrında Bakı-Qroznı reysi zamanı qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer E190” sərnişin təyyarəsinin sağ qalan ekipaj üzvlərini mükafatlandırmaq qərarına gəldim. Fövqəladə cəsarət və yüksək peşəkarlıq nümayiş etdirən bələdçilər Zülfüqar Əsədov və Aydan Rəhimli “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə”mükafatına layiq görüləcəklər" deyə, Kadırov qeyd edib.

Qeyd edək ki, ötən il dekabrın 24-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarənin 3 ekipaj üzvü - İqor Kşnyakin Aleksandr Kalyaninov, Hökumə Əliyeva qəza zamanı dünyasını dəyişib, Zülfüqar Əsadov və Aydan Rəhimli isə xilas olublar.