75 yaşlı türkiyəli müğənni Edip Akbayram müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Axşam.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, Akbayram təxminən 2 aydır müalicə aldığı xəstəxanada bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib.
Qeyd edək ki, sənətçi yanvarın 9-da yataqdan yıxılması nəticəsində daxili qanaxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bir gün sonra əməliyyat olunub.