Məşhur “Follow me” (“Məni izlə”) layihəsi ilə bütün dünyada tanınan Murad Osman sevgilisi Natali Zaharova ilə Bakıda fotosessiya etdirib.
Axşam.az-ın məlumatına görə, "Nargis" jurnalı üçün fotokamera qarşısına keçən cütlük tanışlıqlarından və indiyədək olan fotosessiyalarından danışıb. Bütün dünyada çəkdirdikləri şəkillərlə tanınan Murad və Natalinin Bakıdan fotosessiyasını təqdim edirik.
Qeyd edək ki, Murad Osman və sevgilisi martda "Nargis" nəşriyyat evinin baş redaktoru Ülviyyə Rəhmanovanın dəvəti ilə Bakıya gəlmişdilər.