Müğənni Xəyyam Nisanov Təl-Əvivə istirahətə yollanıb. Axşam.az-ın məlumatına görə, sənətçi dincələrkən lentə alınmış fotolarını sosial şəbəkədə paylaşıb. İlana qarşı fobiyası olan X.Nisanov həmin sürünənlə də şəkil çəkdirib.
Bir vaxtlar həyatda ən çox qorxduğu heyvanın ilan olduğunu, hətta avtomobil qarajından ilan çıxdığı üçün mənzilini satdığını söyləyən ifaçı "Fort Boyard" yarışmasından sonra “ilandan qorxmuram" deyə bildirib.