Merilin Monro kimi olmaq üçün nə etməli? - fotolar

Merilin Monro kimi olmaq üçün nə etməli? - fotolar
3574 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın ən cazibədar qadınları siyahısında ilk sırada yer alan Merilin Monro da gözəlliyini qorumaq üçün bir çox qaydalara əməl edib.

Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, hər gün idmanla məşğul olub.

Yüngül idman hərəkətləri edən Merilin qantellərlə əl, ayaqları üçün sadə tapşırıqlar yerinə yetirib. Bundan sonra o, ilıq süd və qayğanaqla səhər yeməyi yeyib. Monro müxtəlif vitaminlər də qəbul etməyi gözəlliyinin bir hissəsi sayıb. O, demək olar ki, heç vaxt nahar etməyib. Şam yeməyində isə mütləq ətlə olan yeməklərə üstünlük verib. Köklə bişirilmiş qaraciyər Merilinin sevimli qidaları siyahısında olub.