“Mahidevran Sultan” və ərindən dənizdə səmimi fotolar

“Mahidevran Sultan” və ərindən dənizdə səmimi fotolar
9839 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa, “Aşkı-Memnu”da Peykər, “Möhtəşəm yüz il” serialında isə Mahidevran Sultan rolu ilə tanınan Nur Fəttahoğlu gözlərdən uzaq bir yerdə tətil etmək üçün həyat yoldaşı Levent Vəziroğlu ilə birgə Yunanıstana gedib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, amma bu zaman yunan jurnalistlərindən biri onları görüntüləyə bilib.

Dənizdə romantik şəkildə kameralara tuş gələn cütlük sevgisini nümayiş etdirməkdən çəkinməyib. Bu fotolar Yunan mətbuatında böyük səs-küy doğurub. Daha sonra Fəttahoğlu həmin şəkilləri kollaj edərək öz İnstaqram səhifəsində paylaşıb.

Xatırladaq ki, Nur yeni mövsümdə “Bu Son Olsun” adlı serialda baş rolda iştirak edəcək.