Bu günlərdə məşhur modelyer Viktoriya Bekhem Londona yola düşüb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, o, yeni butikinin açılışına hazırlaşır.
Mağaza avqustun sonunda açılacaq. 40 yaşlı Viktoriya artıq butiki ilə bağlı son tamamlama işlərini görür.
Bu dəfə də ulduz hər zaman olduğu kimi dəbli geyimi ilə diqqət çəkib. Qara rəngi qarderobunun əvəzedilməzi hesab edən Viktoriya geyimini rəngləndirmək üçün pələng dərisi formalı ayaqqabı geyinib. İşlərini tək görən Viktoriya əri və uşaqlarını istirahətə yola salıb.
Qeyd edək ki, bir müddət əvvəl verdiyi müsahibədə Viktoriya daha əri Devid Bekhemlə eyni formalı geyimlərdən istifadə etməyəcəyini demişdi. O, həmçinin bildirmişdi ki, xeyriyyə məqsədilə qarderobunda yer alan 600-dən çox geyimini satıb.