“Ani bir qərarla ailə qurdum” – Pelin Karahan

“Ani bir qərarla ailə qurdum” – Pelin Karahan
3108 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kavak yelləri” və “Möhtəşəm yüz il” serialları ilə şöhrəti ərəb dünyasına da yayılan aktrisa Pelin Karahan “Hürriyət” qəzetinə müsahibə verərək, fotosessiya etdirib.

Axşam.az-ın məlumatına görə, 5 aylıq hamilə olan aktrisa şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Atasını ilk dəfə 17 yaşında gördüyünü söyləyən Pelin həyat yoldaşı, iş adamı Bədri Güntayla necə tanış olmasından danışıb:
 
“Eyni idman zalına gedirdik. İlk baxışdan bir-birimizi sevməsək də, onu tanıdıqca xasiyyəti xoşuma gəldi. Əvvəllər “işim var” deyib onunla görüşməkdən imtina edirdim. Lakin sonra gördüm ki, ilk dəfə kimsə mənə görə narahat olur, təkcə maddi mənada deyil, mənəvi qayğıma da qalır. Evlənmə təklifindən sonra ani bir qərarla ailə qursam da, belə bir adamı əldən vermək istəmirdim”.

“Hamilə qaldığınız üçün evləndiniz” sualına isə P.Karahan belə cavab verib:
 
“Bu təklif qabaqcadan olunmuşdu. Bir az gəzib-əylənmək istəyirdik. Ancaq uşağımızın olacağını biləndə ailə qurmağa qərar verdik”.

Pelin Karahan doğulacaq körpəsinə Əli Dəmir adını qoyacaqlarını bildirib.