Müğənni İradə İbrahimova sosial şəbəkədə yeni fotolarını paylaşıb.
Axşam.az xəbər verir ki, sənətçi izləyiciləri ilə bölüşdüyü şəkillərə bu sözləri qeyd edib:
"İnsan özünə ən gözəl hədiyyəni bir şeylər aldığında etmir. Yadından çıxardığında edir. Əlimdən gələni edirəm. Heç kimə söyləməyin, aramızda qalsın. 45 yaşa doğru əmin addımlarla gedirəm. Yaşımın mənə mesajı var. “Daha çox sev”. Mən də sadəcə sevəcəyəm. Torpaq çərşənbəmiz mübarek".