Müğənni Mənzurə Musayeva “Star life” verilişini bağında qonaq edib.
Axşam.az-ın məlumatına görə, uşaqlığından danışan sənətçi bostan işlərini sevdiyini deyib:
“Bura bizə atamızdan qalma bağ evidir. Hamımız bu bağa yığışırıq. Həyətdə bütün tərəvəzlərdən, meyvələrdən var. Uşaq vaxtı əkib-becərməyə meyilli idim. Bağa gələndə ən çox yarpız yığıram. Çünki onun çayını dəmləyib içməyi sevirəm”.