Hollivud aktrisası Culiya Roberts “İnstyle” jurnalının yeni sayını bəzəyib.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bir müddət işlərinə ara verəcəyini, filmlərə çəkilməyəcəyini və ailəsinə vaxt ayıracağını deyən Culiya dərginin sentyabr buraxılışı üçün kamera qarşısına keçib.
O, Malibuda yaşıllıq olan bir yerdə fotosessiya etdirib. Amma çəkilişlərin hamısı təbiət qoynunda aparılmayıb və fərqli məkanlarda lentə alınıb.