Rüfət yenidən dələduzların qurbanı olub

Rüfət yenidən dələduzların qurbanı olub
1988 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Rüfət Axundov yenə dələduzların qurbanı olub.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda “İncə səhər” verilişində danışıb. O bildirib ki, yenidən başına belə iş gəlib:

“Bu süni intellektlə bir sıra şəxslər səsləri dəyişib dələduzluq edirlər. Düşünün ki, səs o qədər oxşayır… Elə bil ki, məsələn, Nadir Qafarzadənin səsi ilə mənə zəng vururlar. Mən də həmin saxtakarların qurbanı oldum. Bir dəfə Fatimənin adından aldatmışdılar. İndi evdəkilərin səsi ilə danışıb aldadıldım. Evdəkilərlə parol qoyun, zəng gələndə onu soruşun”.

Qeyd edək ki, dələduzlar Fatimənin adından Rüfətdən 300 manat alıblar.