Rusiyada məşhur şounun azərbaycanlı iştirakçısı saxlanıldı

Rusiyada məşhur şounun azərbaycanlı iştirakçısı saxlanıldı
2180 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada “Səs” ("Голос") yarışmasının azərbaycanlı iştirakçısı Emil Kadırov saxlanılıb.

Axşam.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Kadırov “Puşkin kartı” federal proqramı ilə 1,3 milyon rubl məbləğində dələduzluqda şübhəli bilinir. Onun dələduzluq əməlini tanışı, “Eldar” kino-konsert zalının bədii rəhbərinin müavini Yelena Qurko ilə birgə törətdiyi iddia edilir.

Belə ki, Kadırov və Qurko konsert zalından müğənninin mövcud olmayan konsertləri üçün biletlər satıblar. Keçirilməyən konsert üçün büdcədən pul köçürülüb.

Kadırov istintaq çərçivəsində saxlanılıb. Moskva İstintaq Komitəsi tərəfindən barəsində külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi açılıb.

Dövlət büdcəsinə dəyən ümumi zərərin 1,3 milyon rubl olduğu bildirlib.

Qeyd edək ki, Emil Kadırov 2015-ci ildə “Səs” şousunda iştirak etdikdən sonra məşhurlaşıb. O, Aleksandr Qradskinin komandasının tərkibində oxuyub və 1/4 finala yüksəlib. O, 2018-ci ildə “Yeni dalğa” müsabiqəsində xüsusi mükafat alıb.

Hazırda Emil Aleksandr Qradski adına "Qradski zalı" teatrının solistidir.