16 yaşlı qızını məhkəməyə verdi, həbs qərarı çıxdı

16 yaşlı qızını məhkəməyə verdi, həbs qərarı çıxdı
3011 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli keçmiş model Dəniz Akkaya 16 yaşlı qızı Ayşədən prokurorluğa şikayət edib.

Axşam.az xəbər verir ki, model qızının onu eyvana kilidlədiyini iddia edib. İstanbul 1-ci Uşaq Məhkəməsi Ayşəni “şəxsi azadlıqdan məhrum etmə” maddəsi ilə 2 il həbs cəzasına məhkum edib. Lakin yaşının az olması səbəbindən cəza 10 aya endirilib və hökmün elan olunması təxirə salınıb. Qərarla Ayşe 3 il müddətində nəzarət altında saxlanılacaq.

Akkaya bununla bağlı paylaşım edərək yazıb:

"Təvazökarlıq göstərməyəcəyəm. 15 ildir ki, öz valideynlərimin mənə göstərmədiyi həm maddi, həm də mənəvi bütün diqqət, şəfqət, fövqəlbəşəri dəstəklərlə təkbaşına böyütmüşəm. Üstəlik bu iyrənc adamın mobbinqinə məruz qalmışam. Ədalətin sorğu-sual olunduğu dövrlərdən keçirik. Bu qərarla mənə qadın ləyaqətimi qaytaran hakimlərə və prokurorlara təşəkkür edirəm".

Qeyd edək ki, Dəniz bir müddət əvvəl 16 yaşlı qızı Ayşəyə qarşı zorakılıqda ittiham olunub.